Xəbərlər
Çin alimləri suda mikroplastik toplamaq üçün robot-balıq yaradıblar.
İyn 28, 2022 | 12:00 / Maraqlı məlumatlar
Oxunub 1310 dəfə

Çinin Siçuan Universitetinin alimlərindən ibarət qrup suda mikroplastikləri toplamaq üçün nəzərdə tutulmuş balıq robotu yaradıblar.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, tərtibatçıların fikrincə, bionik balıq çevikdir, ölçüsü 13 millimetrə çatır və qabıqdakı mirvari təbəqələrini xatırladan qrafen əsasında bir neçə təbəqədən ibarətdir. Lazer şüası ilə təmasda olan robot işə düşür və mikroplastikləri bədənin səthinə çəkərək toplamağa başlayır. Qurğunun hərəkət sürəti saniyədə 30 millimetrə çatacaq.

Əvvəlki layihələrdə suyu çirklənmədən təmizləmək üçün oxşar robotlar təklif edilirdi, lakin onların müxtəlif zəiflikləri var idi: onlar silikon və ya hidrojeldən ibarət idi, bu da onların asanlıqla zədələnməsinə səbəb olurdu.

JURNALLAR
Faydalı linklər