İyn 28, 2022 | 14:00 / Təhsil
AMEA- nın Katalıiz və Qeyri–üzvi Kimya İnstitutunda magistrlik dissertasiyalarının müdafiəsi üçün ixtisaslaşdırılmış Müdafiə Şurasının iclasında II kurs magistrantlarının magistrlik dissertasiyalarının müdafiəsi keçirilmişdir.
AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının sədirliyi ilə keçirilən iclasda “Kimyəvi kinetika və kataliz”, “Qeyri-üzvi kimya”, “Fiziki kimya” və “Yüksəkmolekullu birləşmələr kimyası” ixtisaslaşmaları üzrə ümumilikdə 7 nəfər dissertasiya işlərini müdafiə etmişlər.
İclasda 2022-ci tədris ilində elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrini uğurla başa vurmuş II kurs magistrantları dissertasiya mövzuları üzrə məruzə ilə çıxış edərək əldə etdikləri elmi nəticələri Şura üzvlərinin diqqətinə çatdırıblar və verilən sualları cavablandırıblar. Məruzələr ətrafında geniş müzakirələr aparılıb. Magistrların elmi tədqiqat işlərinin nəticələri ümumilikdə 9 məqalə və 19 tezis şəklində dərc olunmuşdur.
Sonda magistratların hər birinə müvafiq ixtisaslar üzrə magistr elmi dərəcəsinin verilməsi haqqında qərar qəbul edilib. 4 ixtisaslaşma üzrə 7 nəfər magistrdən 6 nəfəri yüksək bal toplayaraq fərqlənmə diplomuna layiq görülüblər.
Müdafiədən sonra müəssisənin baş direktoru, akademik Dilqəm Tağıyev magistrları qəbul edərək onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulamış, institutda gənclərə yaradılan şəraiti barəsində danışaraq magistrlara təhsillərini institutun doktoranturasında davam etdirmələrini tövsiyə etmişdir.









