İyl 15, 2022 | 11:00 / Maraqlı məlumatlar
30 illik bir elmi təxmin üzərində 2 ildir təcrübələr reallaşdıran elm insanları, nəhayət suyun eyni anda həm bərk, həm də maye olduğu super ionik buza aid konkret sübutlar əldə etməyi bacardılar.
Elm insanları ilk dəfə 1988-ci ildə həm maye, həm də bərk maddə xüsusiyyətləri daşıyan super ionik buzun varlığını təxmin etmişdilər. Lakin dünyada olmayan və yalnız qeyri-adi şərtlərdə var ola bilən super ionik buza dair bu ana qədər bəzi kompyuter simulyasiyaları yaradılsa da, hər hansı bir dəlil tapıla bilməmişdi.
Lourens Livermor Milli Laboratoriyasının (LLNL) elm insanları, 2 il boyunca reallaşdırdıqları müxtəlif təcrübələr nəticəsində eyni anda həm bərk, həm də maye xüsusiyyətləri daşıyan super ionik buzun varlığını sübut etməyi bacardılar. Uran və Neptun kimi planetlərdə olduğu təxmin edilən super ionik buz, bu planetlərin maqnetik sahəsindəki fərqliliklərə də bir şərh gətirə bilər.









