Okt 04, 2022 | 10:00 / Maraqlı məlumatlar
Suda və torpaqda qalıcılıq qabiliyyətinə görə belə adlandırılan "Əbədi kimyəvi maddələr" molekulların xüsusi sinfidir. Onlar qida məhsullarının qablaşdırılmasından tutmuş məişət kimyəvi maddələrə qədər insanın gündəlik həyatında daim mövcuddur. Bu kimyəvi maddələr parçalanmadığı üçün insanların suyuna və qidasına daxil olur və bu, xərçəng xəstəliyini və ya insanların nəsil artımının azalmasına səbəb olur. Bunlardan ən çox yayılmış ikisi PFOT(perftoroktan turşusu) və PFOST(perftoroktan sulfon turşusu) -dur.
PFOST və PFOAT kimi adi suda daimi qalan kimyəvi maddələr ifrat kritik suda çox yüksək sürətlə parçalanar heç bir ara məhsul buraxmadan molekullar tamamilə məhv edilə bilər.Bu zaman zərərsiz maddələr (karbon qaz, su və flor duzları kimi )alına bilər ki, bunlar da əksər hallarda sulara və diş məcunlarına əlavə olunur.
Vaşinqton Universitetinin tədqiqatçıları PFOT və PFOST məhv etmək üçün yeni üsul yaratdılar. Onlar ifratkritik mayenin köməyi ilə məhv edilməsi çətin olan kimyəvi maddələri tamamilə məhv etməyə qadir olan reaktor yaradıblar. O yüksək temperatur və təzyiqdə əmələ gəlir.
Yeni texnologiya sənaye tullantılarının təkrar emalına kömək edəcək və ətraf mühitdə artıq mövcud olan qatılaşdırılmış kimyəvi maddələri həmişəlik məhv edəcək. Bundan əlavə, təkrar emal köhnə "ehtiyatlar" ilə işləmək üçün də faydalıdır.
Tədqiqatın nəticələri Chemical Engineering Journal-da dərc olunub.