Okt 13, 2022 | 11:00 / Maraqlı məlumatlar
Üzvi katalizatorlar- kimyəvi reaksiyaları sürətləndirən birləşmələr - rütubətə davamlı olması, havada oksidləşməməsi, metal tərkibli analoqlardan fərqli olaraq ekoloji cəhətdən təmiz və dayanıqlı olması ilə alimlərin böyük marağına səbəb olur. Bu isə çevrilmədən sonra onu reaksiya qarışığından ayırıb təkrar istifadə etməyə imkan yaradır.
Bu günə qədər üzvi birləşmələrin xassələri yaxşı öyrənilmişdir ki, onlar halogen atomları, xüsusən də metal kationuna alternativ kimi çıxış edən yod hesabına katalizator kimi fəaliyyət göstərirlər. Belə katalizatorlar reaksiyaya girən maddə ilə əlaqədə olur və çevrilmənin dəfələrlə daha sürətli çevrilməsinə imkan verir. Tərkibində halogen olan molekullardan başqa xalkogenləri olan birləşmələrdə də katalitik aktivlik aşkar edilmişdir. Onlara kükürd, selen və tellur daxildir. Lakin katalizatorların müxtəlifliyi bununla məhdudlaşmır. Bu yaxınlarda kimyəvi reaksiyaları sürətləndirmək qabiliyyətinin - fosfor, arsen və stibium daxil olan on beşinci qrupun elementləri olan molekullarda da aşkar edilmişdir. Eyni zamanda halogen, xalkogen və ya pniktogen tərkibli katalizatorlardan hansının katalizator kimi daha yaxşı işləməsi hələ də məlum deyil.
Rus alimləri üç qrup üzvi katalizatoru müqayisə edərək müəyyən etdilər ki, onların arasında ən aktivi yod birləşmələridir. Onlar həmçinin müəyyən etdilər ki, reaksiyada iştirak edən atomun fəza mühitini(əhatəsini) dəyişdirməklə hətta daha “zəif” maddələrin effektivliyini artırmaq mümkündür. İş dərmanların və polimer materialların sintezində geniş istifadə olunan üzvi katalizatorların təkmilləşdirilməsinə kömək edəcək.
Rusiya Elm Fondunun (REF) qrantı ilə dəstəklənən tədqiqatın nəticələri “Organic Biomolecular Chemistry” jurnalında dərc olunub.









