Okt 24, 2022 | 16:00 / Görüşlər
Bakı şəhəri Sabunçu rayonu 74 saylı orta məktəbin 9-cu sinif şagirdləri İnstitutun “Analitik kimya”, “Nanoelektrokimya və elektrokataliz”, “Monooksigenaz reaksiyalarının modelləşdirilməsi”, “Keçid elementlərinin xalkogenidləri” və “Metal-üzvi birləşmələr əsasında nanokatalizatorlar” laboratoriyalarında mövcud olan qurğu və müasir cihazlarla tanış oldular. “Analitik kimya” laboratoriyasının əməkdaşları tərəfindən kimya gecələri üçün nəzərdə tutulan maraqlı reaksiyalar şagirdlərə əyani şəkildə göstərildi. Şagirdlər çox maraqlı bidistillə suyun alınması qurğusu, axınlı reaktor sistemli qazfazalı oksidləşmə reaksiyalarının aparıldığı qurğu ilə ətraflı tanış oldular. Spektrofotometr, atom-absorbsiya və xromatoqraf cihazlarının iş prinsipi haqqında müəyyən məlumat aldılar.