Xəbərlər
Parkinson xəstəliyi zamanı xalq təbabətindən istifadə.
Noy 21, 2022 | 12:00 / Maraqlı məlumatlar
Oxunub 1950 dəfə

Ev şəraitində Parkinson xəstəliyinin əlamətlərini aradan necə qaldırmaq olar?  
Parkinson xəstəliyinin diaqnozu və kəşfi İngilis alimi C. Parkinsonun adı ilə bağlıdır. Bu xəstəlik özünü əllərdə və bədənin digər orqanlarında ritmik titrətmələrlə biruzə verir. Ritmik titrətmələr özünü xəstənin üz mimikalarında da göstərir. Parkinson xəstəliyi zamanı əsmə müvəqqəti və ya daimi olaraq meydana çıxa bilir. Parkinson xəstələri daima öz həkimlərinin nəzarəti altında olur və müalicə olunurlar. Bəzi xalq təbabəti vasitələri vardır ki, onlar Parkinson xəstəliyinin əlamətlərini azaldır və müalicəyə yardım edir.

1 ay davamlı olaraq hər səhər 1 stəkan cökə çayı içmək Parkinson xəstəliyinin əlamətlərini azaldır. Buna səbəb çayın tərkibindəki fitohormonların olmasıdır. Fitohormonlar orqanizmə möhkəmləndirici və cavanlaşdırıcı təsir göstərir.

Parkinson xəstəliyinin əlamətlərini azaltmaq üçün hər gün yulaf həlimi içmək məsləhətdir. Yulaf həlimini hazırlamaq üçün bir stəkan yulafın üstünə distillə ediulmiş 1 litr su tökülür. Su otaq tempraturunda olmalıdır. Sonra qarışıq zəif odun üstündə 30 dəqiqə bişirilir və 12 saat kənarda saxlanılır. Qarışıqdan gündə 3 dəfə yeməkdən əvvəl 100 ml qəbul edilir. Bir ay qəbul etdikdn sonra bir-neçə gün fasilə verib yenidən qəbul etməyə başlanılır. Müalicə il boyu davam etdirilir.

Parkinson xəstəliyinin əlamətlərini azatmaq üçün sarımsağın da rolu böyükdür. Bunun üçün sarımsağın qabığı soyulur, əzilir və quru bankaya yığılır. Sarımsaqların üstünə rafinə olunmamış günəbaxan yağı tökülür və bankanın qapağı kip bağlanır. 4 saatdan bir banka çalxalanaraq qarışdırılır. Banka qaranlıq və sərin yerdə 1 ay saxlanılır. Bir neçə gündən sonra bankaya 1 limonun şirəsi sıxılır. 3 ay boyu bu yağdan gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 1 çay qaşığı içilir.

Üç ay boyunca gündə 3-4 stəkan kəklikotu çayı içmək Parkinson xəstəliyinin əlamətlərini azaldır.Parkinson xəstəliyi zamanı xalq təbabəti vasitələrindən uzun müddət, hətta bəzən il boyu istifadə etmək lazımdır.

JURNALLAR
Faydalı linklər