Xəbərlər
Türkiyəli alimlər hüceyrə sayan sayğac hazırlayıblar
Apr 11, 2023 | 11:27 / Maraqlı məlumatlar
Oxunub 638 dəfə

İzmir Biotibb və Genom Mərkəzində (IBG) çalışan türk alimləri bazardakı nümunələrdən daha yüksək tutumlu və daha az səhv nisbətinə malik hüceyrə sayğacı hazırlayıblar.

Tədqiqat qrupunun rəhbəri Arif Engin Çetin 10 ay əvvəl Biotibb mühəndisliyi fakültəsinin tələbələri Meryem Beyza Avcı və Sevim Deniz Yaşar ilə yerli hüceyrə sayğacı hazırlamaq üçün işə başlayıb.

TÜBİTAK-ın dəstəklədiyi layihədə tədqiqatçılar ekvivalentləri yüksək qiymətlərlə xaricdən gətirilən və hüceyrələrin canlılığını göstərən hüceyrə sayğacı üçün görüntü emal texnologiyası və unikal aparat hazırlayıblar.

A.Çətin hüceyrə sayma cihazının elmi işlərdə, xüsusilə tibb sahəsində tez-tez istifadə edildiyini bildirib.

Xərçəng dərmanı araşdırmasında aktiv molekulun işlədiyinin müəyyən edilməsi prosesində bu cihazların dəqiq ölçmə aparmasının vacib olduğunu bildirən Çətin dünyada fərqli sistemlərdən istifadə edən çox sayda ölçmə cihazının olduğuna diqqət çəkib. O, cihazın rəqib məhsullardan daha çox nümunə skan edə bildiyini, həmçinin 4 saniyədə 3000 hüceyrə saya bilmə qabiliyyətinə malik olduğunu deyib.

isi.az

JURNALLAR
Faydalı linklər