Xəbərlər
Ernest Rezerford (1871 - 1937)
May 01, 2023 | 11:00 / Maraqlı məlumatlar
Oxunub 575 dəfə

Tanınır: Alfa- və beta- radioaktivliyin kəşfi.

Ən yüksək mükafatlar: Kimya üzrə Nobel Mükafatı (1908),

Mühazirələrə görə Faradey mükafatı (1936).

Ernest Rezerfordun ilk işi yüksək tezlikli titrəyişlərdə dəmirin maqnit xassələrindən bəhs edirdi. O, yüksək tezlikli dəyişən cərəyanlarla yüksək  effektivliyə malik təcrübələr  işləyib hazırlayan ilk alim idi. 1896-cı ildə o, saniyənin yüz mində biri vaxt intervallarını ölçən vaxt ölçmə cihazını təsvir edən bir məqalə yazdı. Bir neçə il sonra o, professor Cozef Con Tomsonun rəhbərliyi altında Kavendish laboratoriyasında işləməyə başladı və burada elektromaqnit dalğalarını aşkar etmək üçün çihaz (maqnitlənmiş kiçik dəstələrdən  ibarət dəmir məftillərdən  istifadə etməklə) icad etdi. Onun sonrakı tədqiqatları rentgen şüaları ilə işlənmiş qazlarda ionların hərəkətinə həsr olunmuşdur. O, həmçinin elektrik sahəsinin dəyişməsi zamanı  ionların hərəkətinin necə dəyişdiyini öyrənmişdir. 19-cu əsrin sonunda o, radioaktiv yarımparçalanma dövrü anlayışını kəşf etdi və uranın şüalanmasında alfa - və beta-  şüalarının mövcudluğunu bildirdi, onların bəzi xüsusiyyətlərini təsvir etdi. Bu işinə görə o,1908-ci ildə kimya üzrə Nobel mükafatı aldı. 1911-ci ildə Rezerford atomların  çox kiçik bir nüvədə cəmləşmiş yükdən ibarət olmasını  nəzəriyyə şəklində  irəli sürdü. Lakin o, bu yükün  müsbət və ya mənfi olduğunu sübut edə bilmədi. 1917-ci ildə o, azot nüvələrini alfa - hissəcikləri ilə bombalamaqla süni nüvə reaksiyalarına səbəb olan təcrübələr apardı. Bu reaksiyalarda o, protonu kəşf etdi. 1921-ci ildə, Rezerford   Nils Bor ilə işləyərək atomların neytronları  tərkibində saxladığını   təxmin etdi. Bu neytronlar protonların itələyici təsirini kompensasiya edən cəlbedici nüvə qüvvəsi yaradır. Bu nəzəriyyə 1932-ci ildə Rezerfordun həmkarı Ceyms Çedvik tərəfindən sübut edilmişdir.

new-science.ru

JURNALLAR
Faydalı linklər