Xəbərlər
Rozalind Franklin (1920 - 1958)
May 02, 2023 | 12:00 / Maraqlı məlumatlar
Oxunub 570 dəfə

Tanınır: DNT-nin ikiqat spiral  quruluşunun, həmçinin kömür və qrafitin incə quruluşunun kəşfi

 Ali təhsil: Kembric Universiteti (PhD).

Rozalind Franklin varlı və nüfuzlu Britaniyalı  yəhudi ailəsində anadan olub və  gənc yaşlarından  müstəsna  zəkaya malik olub. O, gənc yaşlarından  alim olmağı  arzulayırdı.

1945-ci ildə o, “Karbona xüsusi  təziq etməklə bərk üzvi kolloidlərin fiziki kimyası” üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Bir il sonra o, Parisdəki Mərkəzi Dövlət Kimya Laboratoriyasına təyin olundu və burada kristalloqrafiya və rentgen şüalarının difraksiyası  üsullarını öyrəndi.

Franklin bu üsulları DNT və RNT-nin quruluşu haqqında əsas bilikləri əldə etmək üçün tətbiq etdi. O, həmçinin bu birləşmələr qrafitə çevrildikdə atomların düzülüşündə hansı dəyişikliklərin baş verdiyini görmək üçün onları kömürlərə və digər karbonlu birləşmələrə tətbiq etdi.

Franklin bu iş haqqında çoxsaylı məqalələr nəşr etdirdi  və nəticədə karbon və kömür kimyası və fizikasının əsas istiqamətinin  mühüm hissəsinə çevrildi. O, həmçinin üzvi materialların pirolizi zamanı əmələ gələn karbonun iki kateqoriyası olan qrafitləşən və qrafitləşməyən karbon terminlərini təqdim etdi.

Onun kömür və qrafitin inkişafına verdiyi töhfə sağlığında yüksək qiymətləndirilib, lakin DNT strukturunun kəşfindəki rolu sağlığında tanınmamış qalıb.

DNT molekulunun 2 qat  spiral quruluşunu təklif edən molekulyar bioloq Ceyms Uotsona görə, Franklin kimya üzrə Nobel mükafatını almalı idi. Bəzi alimlər Franklini “DNT-nin qaranlıq xanımı”, “unudulmuş qəhrəman” və “incimiş qəhrəman” adlandırırlar.

https://new-science.ru/13-znamenityh-himikov-i-ih-vklad-v-razvitie-nauki/

JURNALLAR
Faydalı linklər