Xəbərlər
Alfred Nobel (1833 - 1896)
May 03, 2023 | 12:00 / Maraqlı məlumatlar
Oxunub 544 dəfə

Tanınır: dinamiti  icad etdi və bütün sərvətini Nobel Mükafatı İnstitutuna bağışladı.

Ən yüksək mükafat: Nobelə  abidə.

Uşaqlıqdan Alfred Nobel ingilis ədəbiyyatını, fizika və kimyanı sevirdi. 18 yaşında kimya mühəndisliyi ixtisası üzrə təhsil almaq üçün xaricə getdi. O, Theofil –Jul  Peluzun  özəl laboratoriyasında işlədi. Orada  o, nitrogliserin adlı partlayıcı maye haqqında məlumat  öyrəndi. Nitrogliserin qliserini azot və sulfat turşusu ilə qarışdırmaqla  alınmışdır. Bu isə istənilən praktiki  tətbiq üçün çox təhlükəli idi. 1863-cü ildə Nobel partlayıcı maddə kimi nitrogliserinin istehsalı  ilə məşqul oldu.

O, müxtəlif kimyəvi maddələrlə təcrübələr apardı və nəticədə nitrogliserin və diatomlu torpaqların birlikdə asanlıqla çubuqlara çevrilə bilən unikal bir pasta əmələ gətirdiyini kəşf etdi.Bu daha təhlükəsizdir və idarə olunması daha asandır.

1867-ci ildə Nobel bu qarışığı "dinamit"  adı ilə patentləşdirdi. O, həmçinin fitil ilə  alovlana bilən partlayıcı qapaq (detonator) icad etdi.

O, partlayıcı texnologiyaların (məsələn, gelignit və ballistit kimi) və müxtəlif kimyəvi ixtiraların, o cümlədən  süni ipək və sintetik kauçuk kimi materialların inkişafına mühüm töhfələr verib. 1896-cı ildə  355 patentin sahibi  idi.

Alfred öləndə sərvətini  ( 31,225000 İsveç kronu) Nobel Mükafatı İnstitutuna vəsiyyət etdi. Bu pul kimya, fizika, ədəbiyyat, sülh, fiziologiya və tibb üzrə Nobel mükafatlarının verilməsinə sərf edilməli idi. Mükafatlar Alfred Nobelin maraqlarının davamı kimi qiymətləndirilir.

https://new-science.ru/13-znamenityh-himikov-i-ih-vklad-v-razvitie-nauki/

JURNALLAR
Faydalı linklər