Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun magistrantı XXIII Respublika elmi konfransında məruzə ilə çıxış etmişdir.
May 12, 2023 | 13:29 / Konfranslar, iclaslar
May 12, 2023 | 13:29 / Konfranslar, iclaslar
Oxunub
3613 dəfə
İnstitutumuzda 2303.01 “Qeyri-üzvi Kimya” ixtisası üzrə təhsil alan I kurs magistrant Şükürlü Gülanə 11-12 may 2023-cü il tarixlərində Sumqayıt Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümünə həsr olunmuş magistrantların XXIII Respublika elmi konfransında iştirak etmişdir.
Şükürlü Gülanə elmi konfransda “Dəmir və molibdenin alkiltsiklopentadienilkarbonil dimer komplekslərinin sintezi” mövzusu üzrə onlayn formatda çıxış etmişdir. Magistrant laboratoriyada bu istiqamətdə apardığı tədqiqat işləri barədə geniş məlumat vermiş və alınmış nəticələri konfrans iştirakçılarına çatdırmışdır. Sonda dinləyicilər tərəfindən mövzu haqqında verilən suallara ətraflı cavab vermişdir.









