Xəbərlər
Foto
Kataliz və Qeyri üzvi Kimya İnstitutunun dissertantın «Qrafit tipli karbon nitrid kompozitlərinin hazırlanması və onların katalitik xassələrinin tədqiqi» mövzusunda kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir.
May 30, 2023 | 12:36 / Təhsil
Oxunub 1335 dəfə

26 may 2023-cü il tarixində saat 11:00-da ETN-nin akad. M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Nano- və elektrokataliz” şöbəsinin 7 saylı “Nanokompozit katalizatorlar” laboratoriyasının elmi işçisi, sabiq dissertant Vüsal Musa oğlu Əhmədovun 2316.01 – «Kimyəvi kinetika və kataliz» ixtisası üzrə “Qrafit tipli karbon nitrid kompozitlərinin hazırlanması və onların katalitik xassələrinin tədqiqi” mövzusunda kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir. Müzakirədə institutun 2, 3, 7, 9 və 17 saylı laboratoriyalarının əməkdaşları iştirak etmişlər.

Elmi rəhbər: k.e.d, prof.  V.M.Əhmədov

Dissertasiya işinin təqdimatından və rəyçilər k.ü.f.d. M.Q.Əliyeva və k.ü.f.d. E.M.Babayevin çıxışlarından sonra iştirakçılar tərəfindən iddiaçıya verilən çoxsaylı suallar onun tərəfindən cavablandırılmışdır.

Sonda dissertant Əhmədov Vüsal Musa oğlunun dissertasiya işinin elmi seminara təqdim edilməsi qərara alınmışdır.

JURNALLAR
Faydalı linklər