Xəbərlər
Foto
“Kimyəvi-texnoloji proseslərin modelləşdirilməsi“ laboratoriyasının 2023-cü il üçün laboratoriyada elmi hesabat iclası keçirilmişdir.
Okt 26, 2023 | 16:07 / Konfranslar, iclaslar
Oxunub 4547 dəfə

26.10.2023-cü il tarixində “Kimyəvi-texnoloji proseslərin modelləşdirilməsi“ laboratoriyasının 2023-cü il üçün laboratoriyada elmi hesabat iclası keçirilmişdir. İclasda laboratoriyanın əməkdaşları iştirak etmişlər. Laboratoriyanın müdiri AMEA-nın müxbir üzvü, t.e.d., prof. Qüdrət Kəlbəliyev iclası açıq elan edərək 2023-cü ildə “Asfalt, qətran və parafin birləşmələrinin qeyri-Nyuton neftlərinin reologiyasına və hidrodinamikasına təsirinin tədqiqi və modelləri” işi üzrə laboratoriya işçilərinin apardıqları tədqiqat işlərinin hesabatının dinlənilməsi və müzakirəsi məqsədi ilə sözü laboratoriyanın aparıcı elmi işçisi t.ü.f.d., dosent Manaf Manafova verdi. O, 2023-cü il üçün iş planının I mərhələsi üzrə “Strukturlaşmış ağır neftlərin reologiyası və fiziki proseslərin modelləşdirilməsi; asfaltenlər, asfalt-qatranlı maddələr və parafinlər, onların neftdə koaqulyasiya  strukturlarının əmələ gəlməsində rolu; neft dispers sistemlərində strukturun əmələ gəlməsi, strukturun deformasiyası, dağılması və tiksotropiya”  barəsində danışdı. Sonra laboratoriyanın aparıcı elmi işçisi t.ü.f.d., dosent Qoşqar Əliyev 2023-cü il üçün iş planının II mərhələsi üzrə “Qeyri-nyuton mayelərinin axınının hidrodinamikası və məsaməli mühitlərdə süzülməsi; qeyri-Nyuton mayesində damcıların, qabarcıqların və bərk hissəciklərin hidrodinamik qarşılıqlı təsiri; anizotrop məsaməli mühitdə axın hidrodinamikası və neftin süzülmə modelləri; Binqam ağır neftlərinin kanalın kəsiyi üzrə axın sürətinin paylanması strukturu; özlü-plastik qeyri-Nyuton mayelərində hissəciklərin və damcıların çökməsi”  barəsində çıxış etdi. Hər iki tədqiqatçı bildirdiki, alınmış nəticələr elmi-metrik bazalarda çıxan jurnallarda dərc edilmişdir.

Sonda Laboratoriyanın müdiri AMEA-nın müxbir üzvü, t.e.d., prof. Qüdrət Kəlbəliyev çıxış edərək bildirdi ki, cari ildə 14 məqalə (2-si WoS və 8-si Scopus olmaqla), 7 tezis (4-ü beynəlxalq konfranslarda) çap olunmuşdur. Əsərlərə 125 istinad edilmişdir.

Sonda verilən hesabat institutun 2023-cü il üçün nəzərdə tutulmuş illik hesabatında təqdim edilmək üçün təsdiqləndi.

JURNALLAR
Faydalı linklər