Xəbərlər
İsrail alimləri beynin qocalmasını 9 aya ləngitməyin yolunu tapıblar
Noy 16, 2023 | 11:17 / Maraqlı məlumatlar
Oxunub 2448 dəfə

İsrailin Negev Ben-Qurion Universitetinin alimləri sağlam qidalanmanın beynin qocalma prosesini ləngitməsində əhəmiyyətini vurğulayan yeni məlumatlar təqdim ediblər.

İsrail alimləri 102 könüllünün beyin skanına əsaslanaraq, beyin qocalmasını 9 aya ləngitməyin yolunu tapıblar.

Təcrübənin bir hissəsi olaraq, elm adamları tədqiqat başlamazdan əvvəl və 18 aydan sonra yenidən beyin skanlarından istifadə ediblər. Bundan əlavə, qaraciyər funksiyası, xolesterin səviyyəsi və bədən çəkisi ilə bağlı testlər aparılıb.

Subyektlər 3 pəhrizdən birinə riayət ediblər:

Aralıq dənizi-1 (fındıq, balıq və toyuq);
Aralıq dənizi-2 (polifenol əlavə edilmiş yaşıl çay);
və sağlam qidalanma pəhrizləri.

Tədqiqatın nəticələri göstərib ki, iştirakçılar orta hesabla 2,3 kq çəki itiriblər. Maraqlıdır ki, bədən çəkisinin hər 1% itirilməsinə görə iştirakçıların beyinləri təxminən 9 ay cavanlaşıb.

Bu elmi araşdırmalar koqnitiv funksiyanı qorumaq üçün sağlam həyat tərzinin (şirniyyat və fast food istehlakının azaldılması) vacibliyini vurğulayır.

Neyroloqlar belə nəticəyə gəliblər ki, sağlam qidalanmanın qəbul edilməsi beynin qocalmasına müsbət təsir edir və zamanla koqnitiv sağlamlığın qorunmasına yeni perspektiv təqdim edir.

JURNALLAR
Faydalı linklər