Xəbərlər
Öz-özünə yığılan «suda yağ» sistemi dərmanların çatdırılmasını yaxşılaşdıra bilər
Noy 20, 2023 | 14:25 / Maraqlı məlumatlar
Oxunub 515 dəfə

Alimlər kimyəvi çevrilmələr zamanı müstəqil olaraq emulsiyanın əmələ gəldiyi sistem yaradıblar .( suda yağ damcılarına bənzəyən müxtəlif sıxlıqlı iki mayenin qarışığı.) Belə bir sistemdən qida məhsulları və kosmetika istehsalında istifadə olunan yeni biosintetik materialların yaradılması, həmçinin dərmanların müxtəlif orqanlara çatdırılması üçün istifadə oluna bilər.

İstənilən canlı hüceyrədə dörd əsas proses baş verir: biokimyəvi reaksiyalar, molekulların xaotik hərəkəti, öz-özünə yığılması, yəni xarici qüvvələrin təsiri olmadan sadə strukturlardan mürəkkəb strukturların əmələ gəlməsi, maye və yağ fazaların ayrılması. Bu hadisələrin birləşməsi uyğunlaşma, inkişaf və çoxalma qabiliyyətini təmin edir.

İndi canlı maddənin təşkili prinsiplərinə uyğun olaraq formalaşan sintetik materialların istehsalına maraq artır: məsələn, mikroorqanizmlərdən və ya bitki komponentlərindən istifadə edərək bioloji parçalana bilən polimerlər yaradılır. Bu cür biosintetik materiallar ənənəvi materiallarla müqayisədə bir sıra üstünlüklərə malikdir: onlar ekoloji cəhətdən daha təmizdir, biouyğundur və mikroorqanizmlər tərəfindən istifadə edilə bilər. Belə materialların sintezində eyni reaksiyanın əvvəlki mərhələlərinin məhsulları ilə sürətləndirilən çevrilmələr əsas əhəmiyyət kəsb edir. Xüsusilə, su və yağ fazaları kimi müxtəlif mayelər arasında öz-özünə yığılma və faza ayrılması bu şəkildə baş verir. Bununla belə, praktikada belə çevrilmələrə başlamaq olduqca çətin olduğu üçün tədqiqatçılar bunun üçün optimal şəraiti təmin edəcək molekulyar sistemlər axtarırlar.

DMOİ Universitetinin (Dəqiq mexanika və optika İnstitutu)  (Sankt-Peterburq) alimləri israilli həmkarları ilə birlikdə canlı hüceyrələrin quruluşunu xatırladan maye damcılarının öz-özünə yığılmasına səbəb olan altı kimyəvi reaksiyadan ibarət kaskad(şəlalə) təklif ediblər. Müəlliflər bir neçə azot və kükürd tərkibli üzvi birləşmələri əsas götürdülər və onları duzlu  məhlula  yerləşdirdilər. Kaskadın bütün mərhələləri avtokatalizatorlar, yəni reaksiya zamanı əmələ gələn və onun sonrakı mərhələlərini sürətləndirən maddələr tərəfindən dəstəklənirdi.

Çevrilmə zamanı müşahidə göstərdi ki, maddələr arasında qarşılıqlı təsir başlanğıcda yavaş gedir, sonra isə tez tamamlanır. Proses başlanan zaman  yüksək yüklü hissəciklər və sabit bir emulsiya olan suda yağlı maye damcıları əmələ gəlir . Sürətli tamamlandıqdan sonra bir koaservat -  bir neçə damcının birləşərək   böyük damcı əmələ gətirməsi baş verir. Üstəlik, zaman keçdikcə belə böyük damcılarda daha kiçik damcılar əmələ gəlir ki, bu da “yağ suda”molekulyar sistemindən daha mürəkkəb molekulyar sistemlərin əldə edilməsinin mümkünlüyünü göstərir. Fərqli fazalı mayelərə əsaslanan damlacıqların əmələ gəlməsinin bu üsulu, istənilən toxumalara dərmanların çatdırılması üçün istifadə edilə bilər.

Bu  tədqiqatda öz məhsullarının əmələ gəlməsi hesabına sürətlənən və maddələrin uzun zəncirlərlə əmələ gələn strukturlarda cəmləşməsinə imkan verən reaksiyalar araşdırıldı. Bu cür proseslər Yerdəki həyatın mənşəyini daha yaxşı başa düşmək və dərmanların ötürülməsi sistemlərinin layıhələşdirilməsi üçün faydalı olacaqdır. Gələcəkdə üzvi məhlullarda koaservatların tədqiqinin davam etdirilməsi nəzərdə tutulur.

Rusiya Elm Fondunun  qrantı ilə dəstəklənən tədqiqatın nəticələri Chem jurnalında dərc olunub.

https://indicator.ru/chemistry-and-materials/samosobirayushayasya-sistema-maslo-v-vode-pomozhet-usovershenstvovat-dostavku-lekarstv-30-10-2023.htm

JURNALLAR
Faydalı linklər