Xəbərlər
Foto
AMEA-nin müxbir üzvü, professor Məhəmməd Babanli Gəncə Dövlət Universitetində ustad dərsi keçib.
Noy 24, 2023 | 14:09 / Konfranslar, iclaslar
Oxunub 3691 dəfə

23 noyabr tarixində Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü, görkəmli alim,  kimya elmləri doktoru, GDU-unun Fəxri doktoru, professor Məhəmməd Babanlı Gəncə Dövlət Universitetində “Faza diaqramları kimyəvi materialşünaslıqda” mövzusunda ustad dərsi keçib.

Kimyəvi materialşünaslığın müasir problemlərinə həsr edilmiş nümunəvi dərsdə universitetin rektoru, professor Yusif Yusibov, Kimya-biologiya fakültəsinin professor-müəllim heyəti, tələbələr, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun professoru İmir Əliyev və digər universitetlərin akademik heyəti iştirak ediblər.

Professor Yusif Yusibov çıxış edərək vaxt ayırıb ali təhsil ocağında ustad dərsi keçdiyinə görə Məhəmməd Babanlıya  minnətdarlığını bildirib. Rektor Yusif Yusibov professorun ən mühüm elmi nailiyyətlərindən, həmçinin elmi kadrların hazırlanması sahəsində səmərəli fəaliyyətindən danışıb. Diqqətə çatdırıb ki, professor Məhəmməd Babanlının elmi rəhbərliyi ilə 4 kimya elmləri doktoru, 40-dan çox kimya üzrə fəlsəfə doktoru hazırlanıb.

Sonra professor Məhəmməd Babanlının kimyəvi materşünaslığın müasir problemlərinə həsr olunan “Faza diaqramları kimyəvi materialşünaslıqda” mövzusunda mühazirəsi dinlənilib. Məruzənin sonunda  görkəmli alim Məhəmməd Babanlı Gəncə Dövlət Universiteti ilə Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun birgə elmi tədqiqatlarının nəticələrindən də danışaraq vurğulayıb ki, bu əlaqələr yüksələn xətt üzrə inkişaf edir.

Sonda dərs iştirakçılarının mövzu ərtafında sualları cavablandırılıb.

Qeyd edək ki, 24 noyabr tarixdə professorun növbəti açıq dərsi univerisitetin Kimyəvi materialşünaslıq laboratoriyasında təşkil ediləcək.

JURNALLAR
Faydalı linklər