Noy 28, 2023 | 15:08 / Konfranslar, iclaslar
AMEA və Belarus Respublikası Dövlət Elm və Texnologiya Komitəsi tərəfindən elan olunmuş layihə müsabiqəsinə AMEA-nın müxbir üzvü, professor, k.e.d. Zeynalov E.B. rəhbərliyi altında institutun 28 saylı laboratoriyasının əməkdaşları tərəfindən təqdim olunmuş «Tərkibində nanoölçülü karbon və hexagonal bor nitridinin çoxfunksiyalı əlavələr olan innovativ sürtkü materiallarının yaradılmasının fiziki-kimyəvi əsaslarının işlənib hazırlanması» adlı layihə qalib olmuşdur və müvafiq iki tərəfli müqavilələr imzalanmışdır.
Qalib qəlmiş layihənin beynəlxalq səviyyəli layihə olduğundan birgə tədqiqatların aparılması, görüşlərin, ezamiyyətlərin, birgə tədbirlərin keçirilməsi planlaşdırılmşdır. «Т22 АЗГ–001 Республика Беларусь-Азербайджан, договор И–179/2023» proqramı ilə əlaqədar, V.A. Belıy adına Metal-Polimer Sistemləri Mexanikası İnstitutunun baş elmi işçisi Volnyanko E.N. institumuza ezam olunmuşdur. Ezam olunmuş Volnyanko E.N. fəaliyyət göstərdiyi institutun elmi istiqamətləri barədə geniş təqdimat etmiş, laboratoriyada quraşdırılmış çoxdivarlı karbon nanoborularının sintezi üzrə qurğu ilə yaxından tanış olmuşdur. Layihə çərçivəsində görülən işlər və alınan nəticələr müzakirə edilmiş və plan üzrə gələcəkdə görüləcək işlər dəqiqləşdirilmişdir.









