Fev 08, 2024 | 12:00 / Maraqlı məlumatlar
İngiltərədəki kimyaçılar, diametri insan saçının cəmi 1/500.000-i qədər olan karbon nanoborunun içərisində kripton atomlarını saxlaya bildilər.
Fulleren, memar Riçard Bukminster Fullerin adını daşıyan molekulyar birləşmədir və 60 karbon atomunun bir-birinə bağlanması nəticəsində futbol topu xatırladan bir kürə meydana gətirir. Nottingham Universitetinin mütəxəssisləri ondan kripton atomları üçün qəfəs kimi istifadə etdilər, bundan sonra fulleren karbon borularının içərisinə yerləşdirildi və 12000C temperatura, ya da elektron şüaları ilə bombardmana məruz qaldı. Atomlar daha sonra sapa düzülmüş muncuqlar kimi mükəmməl bir xətt üzrə düzülür və mahiyyətcə bir ölçülü qaz yaradır. “Bizim məlumatımıza görə, biz ilk dəfə nəcib qaz atomlarının zəncirlərini birbaşa müşahidə edirik . ZME Science yazır ki, dəqiq desək, kripton atomları üçölçülü olmaqda qalır. Amma, praktiki baxımdan karbon nanoborularının içərisində sıxılmış atomlar birölçülü vəziyyətdədir.
Belə sıxılmış şəraitdə kripton atomları unikal davranış nümayiş etdirirlər. Onlar bir-biri ilə yerlərini dəyişdirə bilmirlər, buna görə də alimlər nanoboruları skan etmək fürsəti əldə edir və misli görünməmiş real vaxt rejimində ayrı-ayrı kripton atomlarının spektrlərini öyrənə bilirlər. Əvvəllər tədqiqatçılar yalnız atom qruplarının hərəkətini izləyə bilirdilər.
Fizika və kimya üçün belə bir nailiyyət böyük əhəmiyyət kəsb edir.
https://www.nanonewsnet.ru/news/2024/khimiki-vpervye-poluchili-odnomernyi-kripton