Xəbərlər
Foto
Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının iclası keçirilmişdir.
Fev 22, 2024 | 16:00 / Konfranslar, iclaslar
Oxunub 3393 dəfə

22.02.2024-cü il tarixində AR ETN-i akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının iclası keçirilmişdir. İclasda müdafiə şurasının 21 üzvündən 18-i  iştirak etmişdir. İclasda ARETN-nin akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun dissertantı Tağıyeva Şəhla Firuddin qızının 2316.01 – "Kimyəvi kinetika və kataliz" ixtisasında kimya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Karbon dioksidin hidrogenləşmə prosesi üçün effektiv katalizatorların yaradılmasının fiziki-kimyəvi əsasları” mövzusunda dissertasiya işinin təqdimatı keçirilmişdir. İddiaçı dissertasiya işinin qısa məzmunu, onun aktuallığı, elmi yeniliyi, praktiki əhəmiyyəti haqqında məruzə ilə çıxış etdi. Sonra dissertasiya işlərinə təyin edilmiş opponentlər: ARETN-i akademik M.Nağıyev adına KQüKİ-nin laboratoriya müdiri AMEA-nın müxbir üzvü, k.e.d., prof. Eldar Zeynalov; ARETN-nin akad. Y.Məmmədəliyev adına NKPİ, k.e.d., prof. Səfa Abasov; Bakı Dövlət Universitetinin professoru, k.e.d. Eldar Əhmədov və Ukrayna Milli Elmlər Akademiyasının L.V.Pisajerskiy adına Fiziki-kimya İnstitutunun professoru, k.e.d. Sergey Solovyov iş haqqında geniş məlumat verdilər. Şura üzvlərinin geniş müzakirəsindən sonra gizli (elektron) səsvermə keçirildi və nəticə ED 1.15 Dissertasiya şurasının sədri akademik Dilqəm Tağıyev tərəfindən elan edildi. 

JURNALLAR
Faydalı linklər