Mart 29, 2024 | 12:03 / Konfranslar, iclaslar
28.03.2024-cü il tarixində AR ETN akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının iclası keçirilmişdir. İclasda müdafiə şurasının 21 üzvündən 18-i iştirak etmişdir. İclasda ADNSU-nun “Kimya və qeyri-üzvi maddələrin texnologiyası” kafedrasının sabiq dissertantı Ağayeva Kəmalə Xeybər qızının 2316.01 – "Kimyəvi kinetika və kataliz" ixtisasında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Tərkibində volfram olan binar oksid katalizatorları üzərində etanolun oksidləşməsi” mövzusunda dissertasiya işinin təqdimatı keçirilmişdir. İddiaçı dissertasiya işinin qısa məzmunu, onun aktuallığı, elmi yeniliyi, praktiki əhəmiyyəti haqqında məruzə ilə çıxış etdi. Sonra dissertasiya işlərinə təyin edilmiş opponentlər: Bakı Dövlət Universitetinin professoru, k.e.d. Eldar Əhmədov; ADNSU-nun “Neft-kimya texnologiyası və sənaye ekologiyası” kafedrasının professoru, k.e.d. Sevinc Məmmədxanova və AR ETN akademik M.Nağıyev adına KQKİ-nin k.ü.f.d. Elmir Babayev iş haqqında geniş məlumat verdilər. İddiaçı Kəmalə Ağayevanın elmi rəhbəri k.e.d., prof. Vaqif Bağıyev iddiaçı haqqında çıxış etdi. Şura üzvlərinin geniş müzakirəsindən sonra gizli (elektron) səsvermə keçirildi və nəticə ED 1.15 Dissertasiya şurasının sədr müavini AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı tərəfindən elan edildi.