Apr 03, 2024 | 10:15 / Konfranslar, iclaslar
Tələbələr, “Əlvan metal tərkibli mineral xammalın emalı” laboratoriyasının dosenti Aybəniz Quluyevanın alunit şlamının turşu ilə işləməklə komponentlərin məhlula çıxımına temperaturun təsiri və oksidləşmiş mis filizinin tərkibində olan bir sıra metalların təyini prosesləri haqqında verdiyi məlumatla, “Nanokarbon katalizatorları iştirakında hidrogen peroksidlə oksidləşmə” laborato- riyasının aparıcı elmi işçisi Yaqub Nağıyevin tələbələrə müasir “Agilent technologies 7890B” xromotoqraf aparatından istifadə qaydaları və maddələrin analiz proseslərinin aparılması haqqında verdiyi məlumatlarla, “Ekoloji kataliz” laboratoriyasının böyük elmi işçisi, k.ü.f.d., Bilqeyis İsmayılovanın praktikada istifadə olunan mövcud metal katalizator növlərinin strukturu, katalizatorlardan istifadə xüsusiyyətləri və ən son metodlar haqqında məlumatlarla tanış olmuşlar.
Sonra tələbələr “Monooksigenaz reaksiyalarının modelləşdirilməsi” laboratoriyasında katalitik oksidləşmə proseslərinin aparıldığı axınlı reaktora malik laboratoriya qurğusunun quraşdırılması ilə tanış olaraq, qaz fazalı ilkin xammalın və maye halda H2O2 məhlulunun reaktora daxil edilməsi və onların sürətlərinin tənzimlənməsi prosesini maraqla izləmişlər.
Sonda “Nadir metalların kompleks birləşmələri” laboratoriyasında aparıcı elmi işçi, dosent Şahnaz Qəhrəmanova tərəfindən neytral mühitdə 2 valentli Mn kompleksinin alınma prosesi əyani olaraq tələbələrə göstərilmişdir.
Eyni zamanda tələbələr “Metal-üzvi birləşmələr əsasında nanokatalizatorlar” laboratoriyasında ərimə-qarışdırma üsulu ilə müxtəlif qatılıqlarda bentonit-polipropilen və bentonit-polietilen kompozit materiallarının sintezi prosesində iştirak etmişlər.









