Apr 24, 2024 | 14:00 / Maraqlı məlumatlar
REA –nın N.S. Kurnakov adına Ümumi və Qeyri-üzvi Kimya İnstitutunun , G.A. Razuvaev adına Metal Üzvi Kimya İnstitutunun və N.İ. Vavilov adına Ümumi Genetika İnstitutunun alimləri tərəfindən vərəmin törədicisi modeli kimi - Kox çöpləri Mycolicibacterium smegmatis-ə qarşı yüksək antimikobakterial aktivliyə malik heterometallik vismut-mis və lantan-mis birləşmələrinin sintezi üçün sadə bir mərhələli üsul işlənib hazırlanmışdır.
Alimlər alınmış vismut-mis və lantan-mis komplekslərininin strukturunu müəyyən etmiş, onların kimyəvi dayanıqlılığını nümayiş etdirmiş, həmçinin vismut və lantan ionlarının təbiətinin komplekslərin antimikobakterial fəaliyyətinə təsirini müzakirə etmişlər.
Yeni komplekslər vərəmin müalicəsi üçün birinci sıra dərmanların - rifampisin və izoniazidlərin fəaliyyəti ilə müqayisə edilə bilən antimikobakterial aktivliyə malikdirlər. Araşdırmanın nəticələri “Inorganica Chimica Acta” jurnalında dərc olunub.









