Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini AMEA müxbir üzvü, prof. Məhəmməd Babanlı İspaniyada ezamiyyətdə olmuşdur.
May 06, 2024 | 12:52 / Konfranslar, iclaslar
May 06, 2024 | 12:52 / Konfranslar, iclaslar
Oxunub
2811 dəfə
İnstitutun icraçı direktoru, AMEA müxbir üzvü Məhəmməd Babanlı bu il aprel ayının 22-dən 26-dək İspaniyanın San Sebastyan şəhərində Donostia Beynəlxalq Fizika Mərkəzində elmi ezamiyyətdə olmuşdur. Ezamiyyə dövründə o, həmin mərkəzin aparıcı mütəxəssisi prof. Evqeniy Çulkovla birgə tədqiqatlarının nəticələrini və gələcək elmi əməkdaşlıq məsələlərini müzakirə etmişdir. O, həmçinin İnstitumuzda alınmış bir sıra yeni topoloji izolyator xassəli materialların nümunələrini fiziki tədqiqatlar üçün mərkəzə tədim etmişdir.









