Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda şagirdlər İnstitutda bir sıra laboratoriyalarla tanış olmuşlar
May 06, 2024 | 01:25 / Konfranslar, iclaslar
Oxunub 2597 dəfə

Bakı şəhəri Nəsimi rayonu A.Rəhimov adına 247 nömrəli tam orta məktəbin VII sinif şagirdləri İnstitutun bir sıra laboratoriyalarında olmuş və onlarla mövcud olan qurğu və müasir cihazlarla tanış olmuş, həmçinin onlara, distillə suyun alınması və axınlı reaktor sistemli qazfazalı oksidləşmə reaksiya­larının aparıldığı qurğu haqqında geniş məlumat verilmişdir.

Sonra şagirdlər “Analitik kimya” laboratoriyasında olmuş və laboratoriya rəhbəri k.ü.f.d., dosent Aydın Paşacanov analitik kimya laboratoriyalarında aparılan elmi işlərin perispektivliyi haqqında danışmiş, laboratoriyanın işçiləri tərəfindən şagirdlər üçün maraq kəsb edən bəzi reaksiyalar  əyani şəkildə göstərilmişdir.

JURNALLAR
Faydalı linklər