Xəbərlər
Doktoranturada təhsil almaq istəyənlərin nəzərinə❗️
May 06, 2024 | 02:30 / Konfranslar, iclaslar
Oxunub 1907 dəfə

Baki Ali Neft Mektebinin #Doktorantura səviyyəsində #təhsil almaq arzusundasınızsa, 3 istiqamət üzrə #tədris həyata keçirilir:

- Neft və qaz yataqlarının işlənməsi və istismarı üzrə fəlsəfə doktoru
- Kimya texnologiyası və mühəndisliyi üzrə fəlsəfə doktoru
- Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi üzrə fəlsəfə doktoru

Bu istiqamətlərdən biri üzrə təhsil almaq istəyirsinizsə, o zaman aşağıdakı sənədləri təqdim etməyə tələsin.

• ərizə (rektorun adına);
• şəxsiyyəti təsdiq edən sənədin surəti.
• tərcümeyi-hal;
• 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
• kadrların şəxsi-qeydiyyat vərəqi (möhürlü);
• iş yerindən xasiyyətnamə (möhürlü);
• iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
• çap olunmuş elmi işlərin siyahısı (möhürlü) və ya seçilmiş ixtisas üzrə referat;
• ali təhsil müəssisəsini bitirmək haqqında diplomun (və diploma əlavənin) müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

Sizi Bakı Ali Neft Məktəbinin doktorantı kimi görməkdən şad olarıq❗️

 

JURNALLAR
Faydalı linklər