Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun bir qrup əməkdaşı beynəlxalq elmi konfransda iştirak etmişlər.
May 07, 2024 | 10:21 / Konfranslar, iclaslar
Oxunub 1600 dəfə

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun bir qrup əməkdaşı (AMEA-nın müxbir üzvü M.Babanlı, k.e.d., prof. - İ.Bəxtiyarlı, E. İsmayılov, A. Məmmədov, A.Əliyev, İ.Əliyev,k.ü.f.d. L.Həsənova, L.Məşədiyeva, Ü.Məmmədova, S.Məmmədova, A.Rüstəmova, S.Osmanova,V.Məcidzadə, B.İsmayılova, doktorantlar V.Əhmədov, G.Nəhmətova, S.Süleymanova və S.Xəlilova 3-4 may 2024-cü il tarixlərində Gəncə Dövlət Universitetində keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” adlı beynəlxalq elmi konfransında iştirak etmişlər.

Konfrans müasir kimya, biologiya, fizika və iqtisad elmlərinin aktual problemlərinə həsr olunmuş və mövzu ilə bağlı 7 ölkədən 700-dən artıq konfrans materialı 5 cildlik topluda nəşr edilmişdir. Konfransın işi 16 bölmə iclası ilə davam etdirilmişdir. AMEA-nın müxbir üzvü M.Babanlı “Qeyri-üzvi kimya” ixtisası üzrə bölmənin sədri, k.ü.f.d., dos. L.Məşədiyeva isə katibi olmuşdur. 

Konfransın bölmə iclaslarında institutun əməkdaşları: 

A.RüstəmovaThermal decomposition of binuclear cyclopentadienyl iron complexes adsorbed on boehmite based on TG/DTG/DTA, XRD, FTIR and EMR data” (Bemit üzərinə adsorbsiya olunmuş ikinüvəli dəmir tsiklopentadienil komplekslerinin termiki parçalanmasinin TG/DTG/DTA, XRD, FTIR VƏ EMR məlumatlari əsasinda tədqiqi)

L.Həsənova “Hidrogen sulfidin hidrogen peroksidlə elementar kükürdə oksidləşməsi”

S.OsmanovaEffect of the complexing agent on the structure and magnetic properties of the MnOx-Na2WO4/SiO2 catalyst for the reaction of oxidative coupling of methane” (Metanin oksidləşdirici birləşmə reaksiyasinda kompleksəmələgətirici reagentin MnOx-Na2WO4/SiO2 katalizatorunun quruluşuna və maqnit xassələrinə təsiri)

G.Nəhmətova “Metanın yaşıl oksidləşdirici-hidrogen peroksid ilə biomimetik katalizator penta-FTPhPFe3+OH/Al2O3 üzərində monooksidləşməsi”

S.SüleymanovaDirect liquid phase hydroxylation of phenol to dihydroxybenzenes with hydrogen peroxide in the presence of iron-containing mordenite particles” (Tərkibində dəmir olan mordenit hissəciklərinin iştirakı ilə maye fazada fenolun hidrogen peroksidlə dihidroksibenzollara birbaşa hidroksilləşməsi)

V.Məcidzadə “Электроосаждение тонких полупроводниковых пленок халькогенидов (S, Se) металлов” (Metal xalkogenidlərin (S, Se) nazik yarımkeçirici təbəqələrinin elektroçökdürülməsi)

S.XəlilovaStructural peculiarities and magnetic properties of iron/polypropilene composites” (Dəmir/polipropilen kompozitlərin quruluş xüsusiyyətləri və maqnit xassələri)

mövzularda maraqlı məruzələrlə çıxış etmiş, mövzu ilə bağlı verilən sualları cavablandırmışlar. Sonda çıxış edənlərə sertifikatlar təqdim olunmuşdur.

 

JURNALLAR
Faydalı linklər