Katliz və Qeyri-üzvi Kimya İnstitutunda Fransanın Strasburq Universitetinin tələbələri istehsalat təcrübələri keçirlər.
May 14, 2024 | 15:15 / Təhsil
May 14, 2024 | 15:15 / Təhsil
Oxunub
2180 dəfə
Azərbaycan Dövlət Neft Sənaye Universitetinin nəzdində müştərək fəaliyyət göstərən Fransanın Strasburq Universitetinin “Kimya mühəndisliyi” ixtisası üzrə IV kursun 5 bakalavrları və II kursun 1 magistrı 2023/2024-cü tədris ilinin yekununda tədris proqramına əsasən 08.04.2024-cü il tarixindən başlayaraq minimum 8 həftə müddətində, həftədə 5 gün olmaqla İnstitutun “Nanostrukturlaşdırılmış metal-polimer katalizatorları”, “Nanokarbon katalizatorları iştirakında hidrogen peroksidlə oksidləşmə” və “Kimyəvi-texnoloji proseslərin modelləşdirilməsi” laboratoriyalarında istehsalat təcrübələri keçirlər.