May 20, 2024 | 12:21 / Mühüm hadisələr
Azərbaycan Memarlıq və İnşaat Universitetinin təşəbbüsü ilə həmin universitet və akademik M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu arasında təhsil, elm, ixtisasartırma və məşğulluq sahəsində əməkdaşlığa dair memorandum imzalanmışdır.
Qarşılıqlı əməkdaşlıq aşağıda qeyd edilən sahələri əhatə edir:
- kimya elminin qarşılıqlı maraq doğuran sahələrdə və innovasiya istiqamətlərində elmi-tədqiqat və kadr hazırlığı sahəsində birgə iştirak;
- elmi-tədqiqat və kadr hazırlığı sahəsində Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin akademik M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutumaddi-texniki bazasından və kadr potensialından birgə istifadə, elmi-periodik nəşrlərin mübadiləsi;
- professor-müəllim heyətinin, elmi işçilərin müvafiq şöbələrdə və elmi-tədqiqat laboratoriyalarında ixtisasartırma, elmi-tədqiqat təcrübələrinin keçirilməsinin təşkili;
- Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin akademik M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Azərbaycan Memarlıq və İnşaat Universitetinin baza kafedralarının və ya mövcud kafedraların filiallarının yaradılması;
- birgə elmi simpozium, seminar və konfransların təşkili;
- qarşılıqlı maraq doğuran beynəlxalq və yerli layihə və proqramlarda birgə iştirak;
- birgə elmi əsərlərin çap edilməsi, monoqrafiyaların, dərslik və dərs vəsaitlərin yazılması.









