Xəbərlər
Foto
AR ETN Kataliz və qeyri-üzvi Kimya İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənəd verən şəxslərlə görüş keçirildi.
May 20, 2024 | 16:08 / Konfranslar, iclaslar
Oxunub 1737 dəfə

Kataliz və qeyri-üzvi Kimya İnstitutun baş direktoru akademik Dilqəm Tağıyevin 18 aprel 2024-cü il tarixli 95 №li əmri ilə yaradılmış qəbul komissiyası fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənəd verən şəxslərlə görüş keçirdi.

Akademik Dilqəm Tağıyev İnstitutun doktorant və disssertant hazırlığı üzrə təyin edilmiş qəbul planı haqqında və fəlsəfə doktoru hazırlığı üzrə sənəd verən şəxslər barədə danışdı. O bildirdi ki, 2024-cü ilin qəbul planına əsasən fəlsəfə doktoru hazırlığından doktoranturaya 3 ixtisas üzrə 5 yer verilmişdir. Onlardan “Qeyri-üzvi kimya” -2 yer, “Kimyəvi kinetika və kataliz” -2 yer və “Fiziki-kimya”-1 yer. Lakin, 5 yerə 21 nəfər sənədlərini təqdim edərək qeydiyyatdan keçmişlər. Dissertantura yolu ilə təyin edilmiş 2 ixtisas üzrə 2 yerə 5 nəfər sənədlərini təqdim edib. Komissiya üzvləri fəlsəfə doktoru hazırlığı üzrə sənəd verən iddiaçılarla və onların təqdim etdikləri sənədlərlə tanış  olub onların seçilmiş ixtisaslara uyğunluğunu müəyyən etdilər.

Sonda, iddiaçılara qəbul imtahanlarında uğurlar arzuladılar.

JURNALLAR
Faydalı linklər