Xəbərlər
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının məqaləsi Web of Science bazasına daxil olan jurnalda dərc olunub.
May 22, 2024 | 10:59 / Nəşrlər
Oxunub 2205 dəfə

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimlərinin “One-dimensional polymer of copper with salicylic acid and pyridine linkers: Synthesis, characterizations, solid state assembly investigation by hirshfeld surface analysis, and computational studies“ adlı  məqaləsi Web of Science beynəlxalq bazasına daxil olan Journal of Molecular Structure –də (İF 3.8 CA) dərc olunub.

Məqalədə qeyd edilir ki, 3,5-dinitrosalisil turşusu liqand kimi istifadə olunaraq Cu(II) kationu ilə piridin adduktu sintez olunmuş və bir çox fiziki-kimyəvi üsullarla – FT, IQ, UB spektroskopik və rentgenquruluş analizləri ilə tədqiq edilmişdir. Məlum olmuşdur ki, mərkəzi atom Cu(II) kationu liqandın karbonil qrupunun və karboksil qrupunun oksigenləri ilə koordinasiyaya daxil olaraq polimer quruluşlu birləşmə əmələ gətirmişdir. Mis kationunun əmələ gətirdiyi çox üzlü təhrif olunmuş kvadrat prizma formasındadır.

“b” oxu boyunca yaranmış polimer zəncir Crystal Explorer 21,5 proqramı ilə Hirşfeld səth analizi aparılmış, molekulyar orbital və kvant nəzəriyyələri ilə tədqiq olunaraq, molekullar arası Van-der-Vaals əlaqələrinin uzunluqları, molekullar arası boşluqların həcmi hesablanmış molekulyar orbitalın yuxarı həddi (HOMO) və aşağı həddi (LOMO) tapılmışdır. 

One-dimensional polymer of copper with salicylic acid and pyridine linkers: Synthesis, characterizations, solid state assembly investigation by hirshfeld surface analysis, and computational studies.

Alieva Qudrat M a, Muhammad Nawaz Tahir b, Khurram Shahzad Munawar c, d, Mehran Feizi-Dehnayebi e, Muhammad Ashfaq b, *, Hasanova Saadat S f, Hasanova Ulviyya M f, Kerimova Tahira Q f, Iskenderova Simuzer A f, Alieva Shebnem C f, Movsumov Elman Muhammedf 

https://doi.org/10.1016/j.molstruc.2023.136956

Received 27 September 2023;

Received in revised form 24 October 2023; Accepted 27 October 2023 

Available online 28 October 2023 0022-2860/© 2023 Elsevier B.V. All rights reserved.

JURNALLAR
Faydalı linklər