Xəbərlər
Foto
AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun doktorantı Beynəlxalq Elmi Konfransda I yeri tutmuşdur
May 23, 2024 | 14:35 / Konfranslar, iclaslar
Oxunub 3401 dəfə

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun bir qrup gənc əməkdaşı Bakı Ali Neft Məktəbində 23-25 aprel 2024-cü il tarixlərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünün qeyd olunması ilə bağlı “Dayanıqlı Kimya və Kimya mühəndisliyinə doğru" Tələbə və Gənc Tədqiqatçıların V Beynəlxalq Elmi Konfransında iştirak etmişlər. 20 may 2024-cü ildə isə Bakı Ali Neft Məktəbində (BANM) həmin konfransın qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Mərasimdə çıxış edən Bakı Ali Neft məktəbinin rektoru Elmar Qasımov bildirib ki, konfransa 55 müəssisədən 517 tezis (onlardan 58 –i xarici ölkələrdən) təqdim edilib. Təşkilat komitəsi üzvlərinin səs verməsi nəticəsində qaliblər müəyyən olunmuşdur.

“Dayanıqlı Kimya və Kimya mühəndistliyinə doğru” keçirilmiş konfransda “Ekoloji problemlərin innovativ həlləri” bölməsi üzrə institutumuzun texnika üzrə fəlsəfə doktoru hazırlığı üzrə əyani doktorantı Emin Əliyev “Abşeron yarımadasının neft şlamlarının utilizasiyası və emalı üsullarının müqayisəli təhlili” tezisinə görə 1 ci yerə, e.i. Arzu Osmanova “Vanadiumun CaO məhlulu ilə vanadiumlu konsentratdan ayrılmasının tədqiqi” tezisinə görə 3- cü yerə layiq görülmüşdür. Həmin konfransın “Dayanıqlı gələcək üçün qabaqcıl materiallar” bölməsi üzrə isə 2 ci yerə institutumuzun elmi işçisi Nigar Şixverdiyeva “Biocomposite material based on chitosan and citric acid” və “Xitozan/poliakril turşusu əsasında nanoquruluşlu nikel katalizatorlarının alınması” tezislərinə görə layiq görülmüşdür.

Mərasimin sonunda qaliblərə diplomlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.

 

JURNALLAR
Faydalı linklər