May 29, 2024 | 11:00 / Maraqlı məlumatlar
Əvvəllər müəlliflər qızılın səthində porfirin analoqu və bir disprosium atomu əsasında birləşmə sintez etmişdilər. Bu işdə onlar, məhlulda disprosium ilə molekulların sintezinin də bir metal atomu olan kompleksin əmələ gəlməsinə səbəb olduğunu göstərdilər. Onlar tərəfindən aşkar edilmiş nümunə maqnit materiallarının inkişafına təkan verir. Onlar bu işi davam etdirməyi və təklif olunan yanaşmanı inkişaf etdirməyi, xüsusən də tərkibində digər metallar olan birləşmələri “yığmaq” və öyrənməyi planlaşdırırlar. Rusiya Elm Fondunun qrantı ilə dəstəklənən layihənin iştirakçısının fikrincə bu temperaturun dəyişdirilməsi yolu ilə onların maqnitləşməsini dəyişməyə imkan verəcək.
Alimlər ilk dəfə olaraq qandakı homoqlabinin tərkibinə daxil olan sintetik piqment anoloqunun və disprosium metal ionunun əsasında aktiv- maqnit birləşmə aldılar.
Bu birləşmə müasir texnologiyada istifadə edilən maqnitlərdən milyardlarla dəfə kiçik olduğuna görə, onun əsasında məlumatların qeydə alınması və saxlanılması üçün miniatür qurğular, molekulyar datçik və sensorlar yaratmaq mümkün olacaq.
Tədqiqatda Rusiya Elmlər Akademiyasının Bərk Cisimlər Fizikası İnstitutunun (Çernoqolovka), İvanovo Dövlət Kimya Texnologiya Universitetinin və REA G.A.Krestov (İvanovo) adına Məhlullar Kimyası İnstitutunun,Kimya Elmləri üzrə Qabaqcıl Tədqiqatlar İnstitutunun (İspaniya)əməkdaşları iştirak ediblər.
Rusiya Elm Fondunun qrantı ilə dəstəklənən tədqiqatın nəticələri CCS Chemistry jurnalında dərc olunub.









