Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun doktorantı Türkiyənin Fırat Universitetində tədqiqatlar aparır.
May 29, 2024 | 12:38 / Konfranslar, iclaslar
May 29, 2024 | 12:38 / Konfranslar, iclaslar
Oxunub
2440 dəfə
Türkiyənin Elazığ şəhərində yerləşən Fırat universiteti ilə Kataliz və Qeyri-üzvi Kimya İnstitutu arasında 10.07.2023 tarixində imzalanmış əməkdaşlıq protokoluna əsasən “Əlvan metal tərkibli mineral xammalın emalı” laboratoriyasının doktorantı, kiçik elmi işi Babayeva Pərvanə 22 aprel 2024-cü ildən 2 ay müddətinə Türkiyəyə ezam olunmuşdur. Hazırda o, Fırat Universitetinin “Mühəndislik və metalların istehsalı” fakültəsində “Metallurgiya və material mühəndisliyi” şöbəsinin müdiri professor Mehmet Deniz Turanın rəhbərliyi altında “Alunitin emal məhlullarından qarışıqların təmizlənməsi” mövzusu üzrə tədqiqatlar aparır.









