Xəbərlər
Foto
AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Dissertasiya şurasının iclası keçirilmişdir.
May 31, 2024 | 12:05 / Konfranslar, iclaslar
Oxunub 1931 dəfə

AR ETN akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının iclası keçirilmişdir. İclasda müdafiə şurasının 21 üzvündən 19-u iştirak etmişdir. İclasda İnstitutun sabiq doktorantı Əşirov Gəray Mikayıl oğlunun 2303.01–“Qeyri–üzvi kimya” ixtisasında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Ag2X-Ag8SiX6-Ag8GeX6 (X-S, Se, Te) sistemlərində yeni polifunksional materialların alınması və tədqiqi” mövzusunda dissertasiya işinin təqdimatı keçirilmişdir. İddiaçı dissertasiya işinin qısa məzmunu, onun aktuallığı, elmi yeniliyi, praktiki əhəmiyyəti haqqında məruzə ilə çıxış etdi. Sonra dissertasiya işinə təyin edilmiş opponentlər: AR ETN akademik M.Nağıyev adına KQÜKİ laboratoriya müdiri, k.e.d., prof. İxtiyar Bəxtiyarlı; BDU-nun professor əvəzi, k.e.d. Nağı Yaqubov və ADNSU “Nanomateriallar və nanotexnologiyalar” Elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, k.ü.f.d., dos. Vaqif Vəliyev  iş haqqında geniş məlumat verdilər. İddiaçı Gəray Əşirovun elmi rəhbəri k.ü.f.d., dos.  Leyla Məşədiyeva çıxış etdi. Şura üzvlərinin geniş müzakirəsindən sonra gizli (elektron) səsvermə keçirildi və nəticə ED 1.15 Dissertasiya şurasının sədri akademik Dilqəm Tağıyev tərəfindən elan edildi.

JURNALLAR
Faydalı linklər