Xəbərlər
L. N Tolstoy adına Universitetdə mədə müalicəsi üçün nanogümüşdən istifadə olunur.
İyn 10, 2024 | 12:00 / Maraqlı məlumatlar
Oxunub 1127 dəfə

L. N. Tolstoy adına Tula Dövlət Pedaqoji Universitetinin mütəxəssisləri və Rusiya Elmlər Akademiyasının sintetik polimer materialları İnstitutunun həmkarları  ilə kapsullaşdırılmış gümüş nanohissəcikləri olan yeni nanokompozit hidrogellər yaratdılar. L. N. Tolstoy adına Universitetinin mətbuat xidmətindən verilən məlumata görə, yeni materiallar mədə-bağırsaq traktının xəstəlik törədicilərini yatırmağa qadirdirlər.

Söhbət Escherichia coli ( bağırsaq çöpü) və Helicobacter pylori spiral formasında  bakteriyalarından  gedir. Bunlar müxtəlif mədə xəstəliklərinin və qan axını infeksiyalarının inkişafının əsas səbəbləri hesab olunur. Bundan əlavə, bu cür bakteriyalar standart antibiotiklərə  qarşı sürətlə müqavimət yaradır. Tədqiqatçılar onlarla mübarizə aparmaq üçün gümüş nanohissəciklərindən və onların  əsasında olan materiallardan istifadə etdilər.

İş zamanı alimlər  gümüş nanohissəciklərin antibakterial fəaliyyətinə əhəmiyyətli təsir göstərən nanokompozitlər işləyib hazırladılar. Aparılan tədqiqatlar  nəticəsində mədə-bağırsaqda olan  dərmana davamlı, yoluxucu bakteriyaları məhv etmək və mədə-bağırsaq traktını toksinlərdən təmizləmək üçün perspektivli birləşmələr kimi sintez edilmiş gümüş əsaslı nanokompozit hidrogel-sorbentlərin üstünlüyü  müəyyən edildi.

Iş Rusiya Elm Fondunun və Tula vilayətinin hökumətinin maliyyə dəstəyi ilə həyata keçirildi. Nəticələr Chemistry Europe elmi jurnalında dərc edilmişdir.

https://rscf.ru/news/chemistry/v-tolstovskom-universitete-ispolzuyut-nanoserebro-dlya-lecheniya-zheludka/

JURNALLAR
Faydalı linklər