Xəbərlər
Foto
AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının iclası keçirilmişdir.
İyn 06, 2024 | 16:00 / Konfranslar, iclaslar
Oxunub 1810 dəfə

AR ETN akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının iclası keçirilmişdir. İclasda müdafiə şurasının 21 üzvü  iştirak etmişdir. İclasda AR ETN Polimer Materialları İnstitutunun sabiq dissertantı Bektaşi Nazimhikmət Rauf oğlunun 2304.01–“Makromolekullar kimyası” ixtisasında kimya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Makromolekullarda quruluş müxtəlifliklərinin tədqiqi və onların əsasında tənzimlənən xassəli polimerlərin yaradılması” mövzusunda dissertasiya işinin təqdimatı keçirilmişdir. İddiaçı dissertasiya işinin qısa məzmunu, onun aktuallığı, elmi yeniliyi, praktiki əhəmiyyəti haqqında məruzə ilə çıxış etdi. Sonra dissertasiya işinə təyin edilmiş opponentlər: AMEA-nın həqiqi üzvü, k.e.d., prof. Əjdər Məcidov; Naxçıvan Muxtar Respublikası, AR ETN Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, k.e.d., prof. Tofiq Əliyev; Naxçıvan Dövlət Universitetinin professoru, AMEA-nın müxbir üzvü, k.e.d. Əliəddin Abbasov və Bakı Dövlət Universitetinin professoru, k.e.d. Rasim Alosmanov iş haqqında geniş məlumat verdilər.  İddiaçı Nazimhikmət Bektaşinin elmi məsləhətçisi AMEA-nın müxbir üzvü, k.e.d., prof. Valeh Cəfərov iddiaçı haqqında çıxış etdi. Şura üzvlərinin geniş müzakirəsindən sonra gizli (elektron) səsvermə keçirildi və nəticə ED 1.15 Dissertasiya şurasının sədri akademik Dilqəm Tağıyev tərəfindən elan edildi.

JURNALLAR
Faydalı linklər