İyn 07, 2024 | 12:00 / Maraqlı məlumatlar
Kazan Federal Universitetinin alimləri ağır neftin özlülüyünü azaltmaq üçün buxarla işlətməyə əlavə olaraq keçid metalları ilə sirkə turşusu duzlarından istifadə etməyi təklif etdilər. Bu birləşmələr qətranlarda və asfaltenlərdə karbon və kükürd arasındakı kimyəvi əlaqələrə təsir edən katalizatorun aktiv forması kimi çıxış edirlər.
Əvvəlcə müəlliflər laboratoriya reaktorunda - avtoklavda ağır neft nümunələrinin buxarla standart işlənməsini modelləşdirdilər. Məlum oldu ki, bu yanaşma neftin özlülüyünü 39% azaldır. Sonra tədqiqatçılar ovtoklava müxtəlif metalların asetatlarını (qurğuşun, maqnezium, natrium, sink, mis, nikel) əlavə edib,alınan neftin xassələrini əvvəlki təcrübənin (buxar və katalizatorla birlikdə ) nəticələri ilə müqayisə etdilər. Mis və nikel asetatlar buxarın təsiri ilə birlikdə başlanğıc neftin özlülüyünü 58% azaldır ki, bu da təkcə buxarla təmizlənmədən 19% yüksəkdir. Bu cür effekt katalizatorun qətran və asfaltenlərdə uzun molekullardakı kimyəvi əlaqələrin qırılmasını sürətləndirdiyi üçün əldə edilmişdir.
Müəlliflər neftin kimyəvi tərkibini termal katalitik təsirə məruz qalmadan əvvəl və sonra təhlil etməklə neftdə ağır yüksək molekullu fraksiyaların miqdarının azaldığını sübut etdilər. Məlum oldu ki, buxarın təsiri altında ağır birləşmələrin nisbəti 38%-dən 36%-ə, nikel asetatın əlavə edilməsi ilə isə 38%-dən 24%-ə düşür.
Təklif olunan üsul istifadə olunan texnologiyaların enerji səmərəliliyini artırmağa kömək edələcəkdir.
Rusiya Elm Fondunun Prezident Proqramının qrantı ilə dəstəklənən tədqiqatın nəticələri Industrial & Engineering Chemistry Research jurnalında dərc olunub.









