İyn 10, 2024 | 15:12 /
İyunun 8-də AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun bir qrup əməkdaşı İnstitutun Həmkarlar Təşkilatı və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının birgə Təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində İslam ölkələrinin "Gənclər paytaxtı" olan Şuşa şəhərinə səfər etmişlər.
İnstitutun kollektivi Qala divarlarını, Yuxarı Gövhər ağa məscidini, Üzeyir Hacıbəyli bağını, Molla Pənah Vaqifin məqbərəsini, Bülbülün ev muzeyini, ermənilər tərəfindən vəhşicəsinə dağıdılmış digər mədəniyyət abidələrini, Şuşa qalasının Gəncə qapısını və “Xarı Bülbül” simvolunu, Prezident İlham Əliyevin tapşırığı ilə Bakıdan Şuşaya gətirilən, qayıdışları Zəfər simvolu hesab edilən Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini, həmçinin Cıdır düzünü ziyarət etmişlər.
Şuşa şəhərinə səfər İnstitut əməkdaşlarında zəngin təəssürat yaratmış, 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbənin qəhrəmanlarının ruhlarını ehtiramla yad etmişlər.
Şuşa bizimdir! Qarabağ Azərbaycandır!
Allah şəhidlərimizə rəhmət eləsin!









