Xəbərlər
Foto
AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının iclası keçirilmişdir.
İyn 14, 2024 | 12:00 / Konfranslar, iclaslar
Oxunub 1942 dəfə

AR ETN akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının iclası keçirilmişdir. İclasda müdafiə şurasının 21 üzvündən 17-i iştirak etmişdir. İclasda İnstitutun sabiq doktorantı Ağaməmmədova Səriyyə Ələkbər qızının 2316.01–“Kimyəvi kinetika və kataliz” ixtisasında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Tsikloheksanın hidrogen peroksidlə koherent-sinxron oksidləşməsi”  mövzusunda dissertasiya işinin təqdimatı keçirilmişdir. İddiaçı dissertasiya işinin qısa məzmunu, onun aktuallığı, elmi yeniliyi, praktiki əhəmiyyəti haqqında məruzə ilə çıxış etdi. Sonra dissertasiya işinə təyin edilmiş opponentlər: BDU-nun professoru, k.e.d. Eldar Əhmədov; ARETN-i akademik Y.Məmmədəliyev adına NKPİ-nin professoru, k.e.d. Səfa Abbasov və ADNSU-nun “Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi Tədqiqat İnstitutunun dosenti, k.ü.f.d. Elvira Hüseynova iş haqqında geniş məlumat verdilər. Şura üzvlərinin geniş müzakirəsindən sonra gizli (elektron) səsvermə keçirildi və nəticə ED 1.15 Dissertasiya şurasının sədri akademik Dilqəm Tağıyev tərəfindən elan edildi.

JURNALLAR
Faydalı linklər