Xəbərlər
Parlaq lantanidlər vərəmlə mübarizədə kömək edəcəkdir
İyn 20, 2024 | 13:00 / Maraqlı məlumatlar
Oxunub 1061 dəfə

Yoluxucu xəstəliklərlə mübarizə tibbin ən mühüm vəzifələrindən biri olaraq qalır. Bu gün, çox çeşidə malik bir sıra antibakterial dərmanlara baxmayaraq, böyük problem onların bir çoxuna bakterial müqavimətin olmasıdır. Bu səbəbdən tədqiqatçılar müxtəlif təsir mexanizmlərinə malik yeni antibakterial dərmanlar axtarırlar. Kompleks birləşmələrin in vivo antibakterial fəaliyyətini öyrənərkən, dərmanların toxumalara nüfuz etməsinin analiz problem ilə və onların lokallaşdırılmasını müəyyən etmək problemi ilə qarşılaşmalı olurlar . Bu problemi həll etməyin mümkün yolu fotolüminessensiya xassələrə malik bioloji aktiv maddələrin  alınması ola bilər. Biovizuallaşdırmaq üçün nadir torpaq metalları foto və bioloji aktiv birləşmələr almaq üçün ən perspektivlidir.

N.S. Kurnakov adına Ümumi və Qeyri-üzvi Kimya İnstitutunun , REA-nın P.N. Lebedev adına Fizika İnstitutunun, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin, REA-nın Ural Elmi-Tədqiqat Ftiziopulmonologiya İnstitutunun və Ümumi Genetika İnstitutunun alımləri vərəmə  qarşı fəal və aydın lüminessensiya  xassələri olan bir sıra yeni lantanid birləşmələri əldə etdilər ki, bu da onları biovizuallaşdırmaq  üçün perspektivli birləşmələr edir.

 Rusiya Elm Fondunun dəstəyi ilə aparılan tədqiqatın nəticələri “Inorganica Chimica Acta” jurnalında dərc olunub.

https://www.rscf.ru/news/chemistry/svetyashchiesya-lantanoidy-pomogut-v-borbe-s-tuberkulezom-/

JURNALLAR
Faydalı linklər