Xəbərlər
Foto
“Chemical Problems” jurnalının “Scopus” indeksləşmə bazasında 2023-ci il üçün impakt faktoru elan edilmişdir.
İyn 21, 2024 | 11:35 / Nəşrlər
Oxunub 2577 dəfə

“Chemical Problems” jurnalı (www.chemprob.org) 2002-ci ildə A.Ş. Əliyev tərəfindən təsis edilib, 2003-cü ildən nəşr olunmağa başlamışdır. İndiyə qədər jurnalda 2200-ə yaxın elmi məqalə dərc olunmuşdur.

Jurnal 2009-cu ildən Chemical Abstract elmi informasiya bazasında referatlaşdırılır. Jurnal  dövrü nəşrlərin beynəlxalq qeydiyyat mərkəzində  qeydiyyatdan keçib, 2221-8688 (print) və 2522-1655 (online) ISSN indeksini alıb.  Bundan başqa, “Chemical Problems” jurnalı bir çox nüfuzlu biblioqrafik, referativ bazalarda, repozitariyalarda və axtarış sistemlərində yerləşdirilmişdir. 2016-cı il (№ 1) – 2019-cu il (№ 3) daxil olmaqla, jurnalda dərc edilən elmi məqalələr Web of Science bazasında indeksləşdirilib və 2018-ci ildən rəqəmsal axtarış sistemi üçün “Crossref”də qeydiyyatdan keçərək DOİ alıb.

“Chemical Problems” jurnalı 2015-ci ildən РИНЦ və RSCI Rusiya indeksləşmə bazalarına daxildir. Qeyd etmək lazımdır ki, RSCI – Web of Science platformasında eLibrary və Clarivate Analytics bazaları arasında bağlanmış müqaviləyə əsasən yaradılmışdır.

2021-ci ilin sentyabr ayından jurnal “Scopus” beynəlxalq indeksləşmə bazasına daxil edilmişdir (https://www.scopus.com/sourceid/21101065070).

2024-cü ilin may ayında “Scopus” bazasının 2023-cü il üçün elan olunan analiz parametrlərinə əsasən, jurnal əhəmiyyətli dərəcədə müsbətə doğru irəliləmişdir. Belə ki, jurnalın 2023-cü il üçün İF-u 0.6 elan edilmişdir.

 

Bu münasibətlə jurnalın baş redaktoru Vaqif Fərzəliyevi, redaksiya heyətini və yaradıcı kollektivini təbrik edirik və daha böyük uğurlar əldə etmələrini diləyirik.

 

JURNALLAR
Faydalı linklər