Xəbərlər
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimlərinin xarici həmkarlarla birlikdə məqaləsi yüksək impakt faktorlu, nüfuzlu xarici jurnalda çap olunub
İyn 24, 2024 | 15:11 / Nəşrlər
Oxunub 1573 dəfə

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimlərinin xarici həmkarlarla birlikdə “BIOACTIVITY, CRYSTAL AND MOLECULAR STRUCTURE OF
VANADYL(III) COMPLEX WITH N- SALICYLOYL - N' (3,5-DITERTBUTYL-2-HYDROXY) BENZYLIDENE HYDRAZINE” adlı məqaləsi xaricdə, yüksək impakt faktorlu (2,3 CA), nüfuzlu Polyhedron jurnalında çap olunub.

Məqalədə qeyd olunur ki, N-salisiloil-N'- (3,5-ditertbutil-2-hidroksi) benziliden hidrazin (H3sahz) və onun VO(III) ilə kompleksi sintez edilmişdir. [(VO)2(sahz)2(C2H5O)2(C2H5OH)] kompleksinin quruluşu rentgenstruktur analiz, həmçinin İQ və elektron spektrləri, EPR spektri və s. tədqiq edilmişdir. Tədqiq olunan VO(III) kompleksi vanadil oksigeni atomu vasitəsilə bir-birinə birləşmiş iki monomer kompleksdən ibarətdir. Monomer komplekslər koordinasiya xarakterinə görə bir-birindən fərqlənirlər. Hər iki vanadium kompleksi təhrif olunmuş oktaedrik quruluşa malikdir. Bu birləşmənin bioloji aktivliyi tədqiq edilmişdir. Tədqiq olunan liqandın müxtəlif ferment zülallarına, o cümlədən asetilkolinesteraza (AChE), butilxolinesteraza (BChE) və α-qlikozidaza (α-Gly) fermentinə qarşı fəaliyyətləri müqayisə edilmişdir.

Yeni kompleksin α-Gly, AChE və BChE-yə qarşı ChE inhibitor fəaliyyəti Tao və Ellman metodları ilə müəyyən edilmişdir. Kompleksin BChE üçün 42.60μM, AChE üçün 91.43μM və α-qlikozidaza üçün 196.49μM IC50 dəyərlərinə malik olduğu göstərilmişdir.

COPPER (II) COMPLEXES WITH (E)-N′(3,5-DI-TERT-BUTYL-2- HYDROXYBENZILIDENE)-2-HYDROXYBENZOHYDRAZIDE 

Perizad Amrulla Fatullayeva , Ajdar Akper Medjidov , Marina Gennadievna
Safronenko , Victor Nikolaevic Khrustalev et al. Bioactivity, crystal and molecular structure of vanadyl(III) complex with N-salicyloyl – N′ (3,5-ditertbutyl-2-hydroxy)benzylidene hydrazine. 

Polyhedron. Volume 257, 15 July 2024, 117024 https://doi.org/10.1016/j.poly.2024.117024

JURNALLAR
Faydalı linklər