Tədqiqatçılar üçün “Elsevier vebinarları” keçiriləcək.
İyn 24, 2024 | 19:38 / Təhsil
İyn 24, 2024 | 19:38 / Təhsil
Oxunub
1861 dəfə
25-27 iyun tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "Elsevier" şirkəti tərəfindən “Görünürlüyün və əməkdaşlıq imkanlarının artırılmasında Scopus müəllif profillərinin gücü" və “Elsevier araşdırma və nəşr prosesi-virtual test” mövzuları üzrə vebinarlar keçiriləcək.
Vebinarlarda iştirak etmək istəyən şəxslər aşağıda qeyd olunan keçidlərə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
25 iyunda keçiriləcək “Görünürlüyün və əməkdaşlıq imkanlarının artırılmasında Scopus müəllif profillərinin gücü” təlimi magistrantlar və tədqiqatçılar üçün nəzərdə tutulur. Vebinarın qeydiyyat linki: https://elsevier.zoom.us/.../WN_PrpT2Q7LT-mHlx1XqbD0Iw
27 iyunda keçiriləcək “Elsevier araşdırma və nəşr prosesi - virtual test” təlimi isə tələbələr, tədqiqatçılar, kitabxanaçılar, tədqiqatın inkişafı və idarəetməsi ilə bağlı şöbələr, elmi jurnalların məsul şəxsləri və s. üçün nəzərdə tutulur. Vebinarın qeydiyyat linki: https://elsevier.zoom.us/.../tJwqc...
Qeyd: Vebinarlar türk dilində keçiriləcək.









