İyn 27, 2024 | 14:35 / Nəşrlər
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimlərinin yerli həmkarlarla birlikdə məqaləsi "COPPER (II) COMPLEXES WITH(E)-N′(3,5-DI-TERT-BUTYL-2-HYDROXYBENZILIDENE)-2-HYDROXYBENZOHYDRAZIDE, THEIR BACTERICIDAL AND FUNGICIDAL ACTIVITY" adlı məqaləsi xaricdə, yüksək impakt faktorlu (1,7 CA), nüfuzlu Transition Metal Chemistry jurnalında çap olunub.
Məqalədə qeyd olunur ki, Salisil turşusu hidrazidinin və 3,5-di-tret-butilsalisil aldehidinin qarşılıqlı təsiri ilə yeni liqand - (H3sahz)2 hidrazonu sintez edilmişdir. Bu liqandla CuCl2∙2H2O duzunun qarşılıqlı təsiri ilə [Cu(Hsahz)(H2O)] (1) kompleksi alınmışdır. Təcrübələr göstərmişdir ki, kompleksdə koordinasiya edilmiş su molekulu DMF: asetonitril: etanol = 1:2:4 məhlulunda asanlıqla DMF molekulları ilə əvəz olunur. Rentgenstruktur analiz metodu ilə müəyyən edilmişdir ki, [Cu(Hsahz)(DMF)](2) kompleksi kvadrat-müstəvi quruluşa malikdir, liqand tridentat dianiondur və amid karbonil qrupu enol formasında koordinasiya edir. Müəyyən edilmişdir ki, sintez edilmiş birləşmələr yüksək bakterisid və funqisid aktivliyə malikdir
Test birləşməsinin mikrob əleyhinə aktivliyi zonal diffuziya üsulu ilə öyrənilmişdir. Neft məhsullarında geniş yayılmış Mycobacterium lacticolium - VKMV - 365, Pseudomonas aeruginosa VKMV - 588 və Staphylococcus aureus mikroorqanizmlərinin aşağıdakı təmiz kulturalarından istifadə edilmişdir.
Funqisid fəaliyyətini yoxlamaq üçün göbələklərin təmiz kulturalarından istifadə edilmişdir: Aspergillus niger VKM-1119, Penicillium cyclonum - VKM - 109; Cladosporium - Gesminoe - VKM - 1701. Maya kimi Candida tropicalis istifadə edilmişdir. Bakteriyalar üçün qida mühiti kimi MPA (ət-pepton agar) və WA (suslo-aqar) istifadə edilmişdir. Cu(II) kompleksi antimikrob agent kimi etanolda asanlıqla həll olunur və onun fiziki-kimyəvi xassələrinə təsir göstərmir.
Bu tədqiqatların nəticələri göstərdi ki, komplekslər liqandla müqayisədə daha güclü antibakterial və funqisid təsir göstərir.
Perizad Amrulla Fatullayeva, Ajdar Akper Medjidov, Rayyat Huseyn Ismayilov et al.
Copper (II) complexes with (E)‑N′(3,5‑di‑tert‑butyl‑2‑hydroxybenzilidene)-2-hydroxibenzo- hydrazide, their bactericidal and fungicidal activity. 2024. Transition Metal Chemistry
https://doi.org/10.1007/s11243-023-00568-1









