AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda UFAZ bakalavriat pilləsinin məzunu keçdiyi təcrübə əsasında Macarıstan Texniki Universitetinə magistr təhsilini təqaüdlü olaraq almağa dəvət alıb.
İyn 27, 2024 | 15:40 / Konfranslar, iclaslar
İyn 27, 2024 | 15:40 / Konfranslar, iclaslar
Oxunub
2823 dəfə
UFAZ bakalavriat pilləsinin məzunu Əli Məmmədov AR ETN akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Kimyəvi- texnoloji proseslərin modelləşdirilməsi” laboratoriyasında dos., M.R Manafovun rəhbərliyi altında diplomqabağı istehsalat təcrübəsində olmuşdur. Təcrübə nəticələrinin əsasında tərtib olunmuş elmi-təqdiqat işi Macarıstan Texniki Universiteti tərəfindən bəyənilmiş və o, magistr təhsilini təqaüdlü olaraq bu universitetdə almaq üçün dəvət almışdır. Əli Məmmədovun uğurunda İnstitumuzun əməkdaşlarının payının olması bizi sevindirir!









