Xəbərlər
Parlaq və stabil kvant nöqtələri iltihab və ürək-damar xəstəliklərinin diaqnostikası xərclərini bir neçə dəfə azaldacaq.
İyl 04, 2024 | 10:00 / Maraqlı məlumatlar
Oxunub 979 dəfə

N.G .Çernışevski adına Saratov Dövlət Universitetinin alimləri  və REA  Bitki və Mikroorqanizmlərin Biokimyası və Fiziologiyası İnstitutundan olan həmkarları  ilə birgə kadmium, sink, selen və kükürddən ibarət kvant nöqtəsini suda  stabil  qalması üçün dəyişdirdilər (modifikasiya etdilər), onun lüminessensiyası nəinki zəifləmədi, əksinə əhəmiyyətli dərəcədə gücləndi. Bu məqsədlə  əvvəllər müəlliflərin təklif etdiyi texnologiya ilə sintez edilmiş kadmium, sink, selen və kükürd əsasında nanokristallardan istifadə edildi. Kristallar kükürdlü birləşmə olan tiol təbəqəsi  ilə örtülmüşdür.

Yaranan yarımkeçirici strukturlar suda dağılmadı  və tiol  təbəqəsi olmayan analoqlardan iki dəfə daha parladı. Kvant nöqtələrinin daha  çox parıltısı onlara əsaslanan analitik sistemlərin həssaslığını artırmağa, həmçinin aşkarlanması lazım olan zülal və ya toksinə görə daha az nanohissəciklərin istifadəsi hesabına istehsal prosesinin maya dəyərini azaltmağa imkan verir. Bu o deməkdir ki, belə kvant nöqtələri tibbdə diaqnostika və bionişanlama  üçün uğurla istifadə edilə bilər.

Müəlliflər tərəfindən hazırlanmış metodun həyata keçirilməsi sadədir, bahalı alətlər və reagentlər tələb etmir və buna görə də böyük həcmdə nanohissəciklər istehsal etmək üçün asanlıqla miqyasını genişləndirmək olar. Beləliklə, müəlliflərin hesablamalarına görə, onların yanaşması ucuzluq  və sintezin sürəti baxımından mövcud analoqlardan bir neçə dəfə üstündür.

Rusiya Elm Fondunun (REF) qrantı ilə dəstəklənən tədqiqatın nəticələri Chemical Engineering Journal-da dərc olunub.

https://indicator.ru/chemistry-and-materials/yarkie-i-stabilnye-kvantovye-tochki-udeshevyat-diagnostiku-vospalenii-i-serdechno-sosudistykh-zabolevanii-v-neskolko-raz-28-06-2024.htm

JURNALLAR
Faydalı linklər