İyl 05, 2024 | 08:58 / Maraqlı məlumatlar
Koreya Qabaqcıl Texnologiya İnstitutunun və Pusan Universitetinin kimyaçılar qrupu yüksək davamlılığına görə sənayedə geniş istifadə olunan LSM-YSZ kompozit elektrod materialının xassələrini öyrənməyə başlayıblar. Nəticədə, onlar elektrodun səthində prazeodium oksidinin nano qatının çökdürülməsi prosesini işləyib hazırladılar. Bu katalizator ORR (oksidləşmə -reduksiya reaksiyasına) aktiv şəkildə kömək edir. Qatın çökdürülməsi bərk oksid yanacaq elementinin işini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.
Testlər göstərdi ki, yeni materialla örtülmüş elektrodlu bərk oksid yanacaq elementləri 6500C temperaturunda LSM-YSZ üçün rekord enerji çıxımının sıxlığını nümayiş etdirir .
Yeni üsul otaq temperaturunda və atmosfer təzyiqində işləyir və mürəkkəb avadanlıq və kimyəvi proseslər tələb etmir. Kompozit elektrod praseodium ionları olan məhlula batırıldıqda və elektrik cərəyanına məruz qaldıqda oksid hidrat ionları meydana çıxır. Onlar praseodium ionları ilə reaksiya girərək elektrodu örtən bir çöküntü əmələ gətirirlər. Quruduqdan sonra üst qat oksidə çevrilir, sabit qalır və yüksək temperatur şəraitində ORR-ni stimullaşdırır. Bütün proses cəmi 4 dəqiqə çəkir.









