Xəbərlər
Foto
Yay məktəbi haqqında məlumat
İyl 09, 2024 | 22:00 / Təhsil
Oxunub 3393 dəfə

AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işçisi Samirə Süleymanova “Green Sciences for Sustainable Development Foundation” tərəfindən elan edilmiş səfər qrantının qalibi olmuş və 30.06.2024-05.07.2024 tarixində İtaliyanın Venesiya şəhərində Ca’Foscari universitetinin təşkil etdiyi “16th Green Chemistry Postgraduate Summer School” adlı beynəlxalq yay məktəbində iştirak etmişdir. Proqram çərçivəsində Almaniya, İtaliya, Rumıniya, Kanada, Amerika Birləşmiş Ştatları və bir sıra başqa ölkələrin tədqiqatçıları ilə birgə “Yaşıl Kimya” istiqamətində aparılmış müzakirə və elmi debatlarda iştirak etmiş və “Colloid-chemical features of an aqueous-phase catalytic system for the direct hydroxylation of phenol to dihydroxybenzenes with hydrogen peroxide by nano/microsized iron containing silica-gel” məruzəsi ilə çıxış etmişdir.

JURNALLAR
Faydalı linklər