Sen 05, 2024 | 11:35 / Nəşrlər
Chemical Problems (Kimya Problemləri) jurnalı 2003-cü ildən dərc olunur. Jurnalın təsisçiləri: AMEA-nın akad. M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, R.Aqladze adına Qeyri-üzvi və Elektrokimya İnstitutu (Gürcüstan) (fəxri həmtəsisçi), Akif Şıxan oğlu Əliyev və “Turan” kiçik müəssisəsidir. Jurnal bir çox nüfuzlu biblioqrafik, referativ bazalarda, repozitariyalarda və axtarış sistemlərində yerləşdilib: Scopus (2021-ci ildən), CAS (2009-ci ildən), İndexCopernicus, e.Library.ru, CYBERLENİNKA, VİNİTİ, ULRICHSWEB, WCOSJ, EBSCO, RSCI-“РИНЦ”, CrossRef. Jurnalın www.chemprob.org saytı fəaliyyət göstərir.
Fəaliyyət dövrü ərzində jurnalda 2500-dən çox elmi məqalə dərc edilmişdir. Bu elmi məqalələrdən 201 -i Web of Science Core Collection bazasına daxil edilmiş (2016-2019-cu illər), 143-ü Scopus və 534 məqalə RSCİ- “РИНЦ” bazasında indeksləşdirilmişdir. Web of Science bazasına jurnalımız “Chemical Ppoblems” adı ilə daxil olub (bu bazada jurnalların adı ingilis dilindədir).
Jurnalda Almaniya, Küveyt, Meksika, İraq, Bolqarıstan, Rumıniya, Rusiya, Türkiyə, İran, Tayvan, Cənubi Afrika, Qazaxstan, Gürcüstan və başqa ölkə alimlərinin məqalələri dərc olunmuşdur.
2017-ci ildən bütün dərc olunmuş məqalələr CrossRef-rəqəmsal elmi informasiya bazasından rəqəmsal identifikasiya kodu ( DOİ) almışdır.
2024-cü ildə 2023-cü il üçün Scopus bazasının nəticələrinə əsasən jurnalın İF-u 0.6 olmuşdur (https://www.scopus.com/sourceid/21101065070). RSCI-nin analiz parametrləri üzrə elan olunan nəticələrinə əsasən, jurnal əhəmiyyətli dərəcədə müsbətə doğru irəliləmişdir (https://www.elibrary.ru/title_profile.asp?id=58063).
2023-cü il üçün «РИНЦ» İF-u 0.653 elan edilmişdir. Bundan başqa, 2022-ci ilə nisbətən 2023-cü ildə “Kimya Problemləri” jurnalı kimya profilli jurnallar sırasında RSCI üzrə 8 pillə irəlıləyərək 66-cı yerdən 58-ci yerdə (https://www.elibrary.ru/titles_compare.asp) qərarlaşmışdır.
Qeyd etmək lazımdır ki, “Kimya Problemləri” (Chemical Problems) jurnalı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının təsdiq etdiyi tövsiyyə olunan Beynəlxalq nüfuzlu elmi bazalardan Scopus, Chemical Abstract Service (CAS) və RSCI (Web of Science) daxildir.









